Zaqatalada maşın ağaca çırpıldı, sürücü öldü

22.09.2022 | 15:18 Oxunma sayı: 108
Zaqatalada maşın ağaca çırpıldı, sürücü öldü
Ötən gün Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
DİN-in Mətbuat xidmətindən "Kriminalqafqaz"a verilən məlumata görə, sentyabrın 21-də saat 13 radələrində Zaqatala şəhəri ərazisində rayon sakini Mustafa Süleymanov idarə etdiyi “Opel” markalı avtomobili ağaca vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
 
Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.  

Digər xəbərlər