Zaqatalada gənc oğlan itkin düşüb

28.01.2022 | 09:13 Oxunma sayı: 291
Zaqatalada gənc oğlan itkin düşüb

Zaqatalada 22 yaşlı oğlan itkin düşüb. 

“Kriminalqafqaz” xəbər verir ki, bu barədə onun atası Telman Mahmudov polisə müraciət edib.

Onun sözlərinə görə, oğlu 2000-ci il təvəllüdlü Qurban Mahmudov yanvarın 21-i yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Qurban Mahmudovu görənlərdən polisə məlumat vermələri xahiş olunur.


Digər xəbərlər