Yol polisi qəzadan sonra qanunsuz sərnişin daşıyanlarla bağlı hərəkətə keçdi

13.10.2021 | 12:10 Oxunma sayı: 181
Yol polisi qəzadan sonra qanunsuz sərnişin daşıyanlarla bağlı hərəkətə keçdi

Qeyri-qanuni daşımalara qarşı tədbirlərə başlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən “Kriminalqafqaz”a verilən məlumata görə, avtomobil nəqliyyatı ilə daşımalarda təhlükəsizliyin təmin olunması, iş və istirahət rejiminə əməl edilməsi, xüsusilə qeyri-qanuni fəaliyyət göstərən avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Dövlət Yol Polisi və Dövlət Avtomobil Nəqliyyatı Xidməti birgə tədbirlərə başlayıb.

Qeyri-qanuni daşımaların qarşısını almaq üçün həm paytaxtda, həm də respublikanın bütün regionlarında sərt tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Müəyyən edilən qaydaları pozan şəxslərin barəsində qanunvericiliyə uyğun olaraq, inzibati cəza tədbirləri görüləcək.

Qeyd edək ki, qeyri-qanunu daşımaya görə, bu gün səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.


Digər xəbərlər