Yevlaxda dəhşətli yol qəzası - Fotolar

15.08.2022 | 10:30 Oxunma sayı: 230
Yevlaxda dəhşətli yol qəzası

Yevlaxda iki minik avtomobili toqquşub, nəticədə 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

“Kriminalqafqaz”ın xəbərinə görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobilinin toqquşması zamanı maşınlardan biri hissələrə ayrılıb. Qəza zamanı 60 yaşlı Yevlax rayon sakini Elzamin Məmmədov dünyasını dəyişib. 36 yaşlı Sənan Mirzəyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.





Digər xəbərlər