Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib

27.01.2022 | 19:28 Oxunma sayı: 88
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib.

DİN-in Mətbuat Xidmətindən "Kriminalqafqaz"a verilən məlumata görə, yanvarın 26-da rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində bir köşkdə, bir mağazada və bir şərab evində satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu və energetik içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Digər xəbərlər