Yaşıllıq ərazini məhv edən “Kristal-F” şirkəti məhkəməyə verildi

27.01.2022 | 16:10 Oxunma sayı: 324
Yaşıllıq ərazini məhv edən “Kristal-F” şirkəti məhkəməyə verildi

"Kristal-F" Mənzil-Tikinti Kooperativi barəsində məhkəmə iddiası qaldırılıb.

“Kriminalqafqaz” xəbər verir ki, Səbail Rayon Məhkəməsində icraata götürülən işə hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq.

Şirkət İnzibati Xətalar Məcəlləsi 253.3.1-ci (yaşıllıq sahələrdə ağac və əkililərin məhv edilməsi, habelə qanunsuz kəsilməsi) maddəsi ilə mühakimə olunur.

"Kristal-F"in törətdiyi əməl təsdiqini taparsa, şirkət 45 min manat cərimə olunacaq.

Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Rəşad Əliyevdir.


Digər xəbərlər