Yasamal Məhkəməsi bəraət hökmü çıxardı - Həbsdən azad edildi

25.06.2022 | 12:09 Oxunma sayı: 1656
Yasamal Məhkəməsi bəraət hökmü çıxardı

Bu gün Yasamal Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən şəxsə bəraət verilib.

“Kriminalqafqaz” xəbər verir ki, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilən 1967-ci il təvəllüdlü Şahmar Əliyevin günahının sübuta yetirilməməsi bildirilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Şuşa sakini Təranə Fərəcova ötən il polisə müraciət edərək həmyerlisi Şahmar Əliyevin onun bacısına məcburi köçkünlər üçün Qobuda tikilmiş yaşayış kompleksində ev alacağını bildirərək 20 min manat aldığını bildirib. Məhkəmədə T.Fərəcova ona dəymiş maddi ziyan olan 20 min manatın ödənilməsini tələb edib.

Ş.Əliyev isə qarşı tərəfdən 7 min manat pul aldığını və həmin vəsaiti geri qaytarmağa hazır olduğunu qeyd edib.

Nizam Rza


Digər xəbərlər