Yanmış maşından kişi meyiti tapıldı

25.11.2021 | 09:35 Oxunma sayı: 79
Yanmış maşından kişi meyiti tapıldı

Sabirabad rayonunun Bulduq kəndində “Kia” markalı minik avtomobilinin yanar hissələri yanıb.

“Kriminalqafqaz”ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, yanğın yerinin kəşfiyyatı zamanı 1980-ci il təvəllüdlü Qəniyev Rafət Rafiq oğlunun yanmış meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 


Digər xəbərlər