Xızı Rayon Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini, Xızı rayonunda ona məxsus evdən qapını sındırma yolu ilə, oğurluq edilməsi barədə məlumat verib.
DİN-in Mətbuat Xidmətindən "Kriminalqafqaz"a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar Xızı RPŞ-nin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirləri keçirilib və oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Xızı rayon sakini Xudayar Məmmədov saxlanılıb.
Həmin şəxsin zərərçəkmişə aid evə girərək qızıl-zinət əşyaları, müxtəlif növ məişət avadanlıqları, matorlu otbiçən aparat, kompüter prosessoru və s. oğurladığı müəyyən edilib.
Faktla bağlı Xızı RPŞ-də araşdırma aparılır.