Xaçmazda yük maşını piyadanı vuraraq öldürüb

21.05.2022 | 13:37 Oxunma sayı: 140
Xaçmazda yük maşını piyadanı vuraraq öldürüb
Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
DİN-in Mətbuat xidmətindən "Kriminalqafqaz"a verilən məlumata görə, mayın 21-də saat 2 radələrində Xaçmaz rayonunun Çinartala kəndi ərazisində Bərdə rayon sakini P.Şərifov idarə etdiyi “DAF” markalı yük  avtomobili ilə yolu keçən rayon sakini Şəmsəddin Muradovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
 
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər