Xaçmazda 35 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində ölüb

12.01.2023 | 09:21 Oxunma sayı: 254
Xaçmazda 35 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində ölüb

Yanvarın 11-də saat 23 radələrində Xaçmaz rayonu Laman kəndində Ağyazı Buduq kənd sakini 1988-ci il təvəllüdlü Rəşid Apayevin ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən "Kriminalqafqaz"a bildirilib ki, ilkin məlumata görə, hadisə kəndin meşə ərazisində Kürdəmir rayon sakini 1993-cü il təvəllüdlü Həmzə Həmzəyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verib.

R.Apayev müharibə iştirakçısıdır.

Araşdırma aparılır.


Digər xəbərlər