“World Language center” məhkəməyə verildi

14.05.2022 | 11:02 Oxunma sayı: 329
“World Language center” məhkəməyə verildi

"World Language center” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində məhkəmə iddiası qaldırılıb.

“Kriminalqafqaz”ın məlumatına görə,  şirkət Dövlət Vergi Xidmətinə olan borcunu ödəmədiyi üçün məhkəməyə verilib. İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsi tərəfindən qaldırılan iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənova sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "World Language center” MMC-nin qanuni təmsilçi İradə Əliyeva Məsud qızıdır. Şirkət 8 fevral 2016-cı ildə dövlət qeydiyyatına alınıb.

Lamiyə Məmmədova

 


Digər xəbərlər