Vilayət Eyvazov Rüstəm Usubovun bacısının ərinin vəzifəsini kiçiltdi

27.10.2021 | 14:00 Oxunma sayı: 2095
Vilayət Eyvazov Rüstəm Usubovun bacısının ərinin vəzifəsini kiçiltdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov baş prokurorun sabiq birinci müavini Rüstəm Usubovun bacısının ərini vəzifəsini kiçildib.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, nazirin əmri ilə paytaxtın Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi Pərvin Abdinov vəzifəsindən çıxarılıb. P.Abdinov nazirliyin Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi təyin edilib.

Əvvəllər Suraxanı RPİ-nin istintaqına rəhbərlik edən Pərviz Abdinov Rüstəm Usubovun bacısının əridir.

Nazirin digər əmri ilə Xətai RPİ-nin İstintaq şöbəsinin rəisi Rüfət İbayev Pərviz Abdinovun yerinə təyin edilib.


Digər xəbərlər