Uşaq parkındakı atraksionları sındıran 5 kişi saxlanıldı

25.10.2021 | 16:11 Oxunma sayı: 151
Uşaq parkındakı atraksionları sındıran 5 kişi saxlanıldı

Bərdədə uşaq parkındakı atraksionları yararsız hala salan şəxslər saxlanılıb.

“Kriminalqafqaz” xəbər verir ki, hadisə oktyabrın 23-də saat 21.00 radələrində şəhər parkında yerləşən “Uşaq əyləncə” mərkəzində baş verib.

Belə ki, uşaqlar üçün nəzərdə tutulan qatar və avtobusa zərər yetirməkdə şübhəli bilinən Bərdə şəhər sakinləri F.Kərimli, S.Əliyev, Q.Nəcəfli, İ.Məmmədov və İ.Əliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər