Uşağının yanında arvadını bıçaqlayan kişiyə hökm oxundu

25.11.2021 | 17:16 Oxunma sayı: 49
Uşağının yanında arvadını bıçaqlayan kişiyə hökm oxundu

Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Həbib Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Kriminalqafqaz” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsin hökmünə əsasən, H. Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb. H. Məmmədov arvadına qısqanclıq zəminində 5 yaşlı övladının gözünün qarşısında bıçaqla zərbələr vurub.

Qadın xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.


Digər xəbərlər