Ucarda 45 yaşlı kişini qatar vurub öldürdü

22.06.2022 | 09:42 Oxunma sayı: 389
Ucarda 45 yaşlı kişini qatar vurub öldürdü

Ucarda piyadanın qatar vurması nəticəsində vəfat etməsi ilə bağlı cinatyət işi açılıb.

Rayon Prokurorluğundan "Kriminalqafqaz"a verilən məlumata görə, iyunun 21-i saat 12 radələrində Göyçay rayon sakini 1977-ci il təvəllüdlü Akif İbrahimovun qatarın vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Bakı-Tbilisi dəmiryol xəttinin Ucar rayonu ərazisindən keçən 234-cü km-də hərəkətdə olan qatarın Akif İbrahimovu vurması nəticəsində sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda  iş üzrə istintaq davam edir.


Digər xəbərlər