Üç maşın toqquşdu, yol kənarındakı velosipedçi öldü

14.05.2022 | 15:23 Oxunma sayı: 90
Üç maşın toqquşdu, yol kənarındakı velosipedçi öldü

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadidəsi baş verib.

DİN-in Mətbuat xidmətindən "Kriminalqafqaz"a verilən məlumata görə, hadisə ötən gün rayonun Xələc kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd ərazisində rayon sakinləri A.Günəşovun idarə etdiyi “Mercedes” markalı, A.Hüseynovun idarə etdiyi “VAZ-2106” markalı və E.Qarayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub, “Mercedes” markalı avtomobil idarəetməni itirdiyindən yolun kənarında velosiped sürən rayon sakini Balabəy Quluzadəni vurub.

Nəticədə velosipedçi aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 


Digər xəbərlər