“Tolik özü barəsində tədbir görüb” - DİN

14.01.2022 | 11:46 Oxunma sayı: 380
“Tolik özü barəsində tədbir görüb”

Daxili İşlər Nazirliyi canlı yayımda MAXE-ləri təhqir edən prodüsser Tarix Əliyev (Tolik) barəsində məsələyə aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Kriminalqafqaz"ya bildirib ki, Tarix Əliyev özü özü ilə bağlı tədbir görüb: "Sosial şəbəkə hesablarında aralarında yaranan mübahisəyə aydınlıq gətirib".

Qeyd edək ki, Prodüser Tolik (Tarix Əliyev) canlı yayımda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını (MAXE) təhqir etmişdi. “Tik-tok” sosial şəbəkəsində izləyiciləri ilə söhbət zamanı MAXE-lərlə bağlı nalayiq fikirlər səsləndirən Tolik bildirib ki, onu əsgərlər qoruyur: “MAXE kimdir ki, məni qorusun? MAXE dövlətin kəbinli arvadıdır. Aybaay maaş alır. Məni qoruyan mənim əsgərimdir. MAXE yataqxanada yatanda, mənim əsgərim postda dayanır”.


Digər xəbərlər