“Tərtər işi” ilə bağlı 18 nəfər barəsində Ali Məhkəmənin qərarları ləğv edilib

01.10.2022 | 10:50 Oxunma sayı: 271
“Tərtər işi” ilə bağlı 18 nəfər barəsində Ali Məhkəmənin qərarları ləğv edilib

Ali Məhkəmənin plenumunda Azərbaycan Respublikası Baş Prokurorunun "Tərtər işi" ilə bağlı ərizəsi təmin olunub.

“Kriminalqafqaz” “Trend”ə istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, məhkəmənin qərarı ilə 18 nəfər barəsində iki cinayət işi üzrə son kassasiya qərarı ləğv edilib. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.


Digər xəbərlər