Təranə Səmədova narkotikə görə saxlanıldı

12.05.2022 | 12:29 Oxunma sayı: 2702
Təranə Səmədova narkotikə görə saxlanıldı

Tanınmış prodüser Təranə Səmədova ötən gün polis tərəfindən saxlanılıb.

“Kriminalqafqaz” xəbər verir ki, bu haqda aparıcı Lalə Azərtaş “Təsir dairəsi” verilişində deyib.

“Efirə gələrkən vəkil Ramil Rüstəmov zəng vurub mənə Təranə Səmədovanın polis tərəfindən saxlanıldığını bildirib. Efir başladığı üçün özü əlaqə saxlaya bilmədim”, - L.Azərtaş deyib.

Prodüser Təranə Səmədovanın polis tərəfindən saxlanılmasının səbəbi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, o, qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməyib. Prosüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıb.

Xatırladaq ki, 7 aylıq hamilə olan Təranə Səmədova ötən ay da polisə müqavimətə görə saxlanılmış və 200 manat cərimə ödədikdən sonra sərbəst buraxılmışdı.

 


Digər xəbərlər