Kriminal dairələrdə Kostya Kanski kimi tanınan Konstantin Naybauerin cinayət işi üzrə hökm oxunub.
“Kriminalqafqaz” Rusiya mətbuatına istinadən xəbər verir ki, o, cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaqda təqsirli bilinib (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsi). Məhkəmə müəyyən edib ki, Naybauer 1997-ci ildən indiyədək özünü cinayət mühitində “qanuni oğru” adlandırıb.
Məhkəmə Neybaueri 8 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində, 1 il 6 ay müddətinə isə azadlığın məhdudlaşdırılması ilə cəzalandırıb. Hökm hələ qanuni qüvvəyə minməyib.