Tanınmış iş adamlarının məhkəməsi başlayır - Biri sabiq məmurun oğludur

14.01.2022 | 05:35 Oxunma sayı: 150
Tanınmış iş adamlarının məhkəməsi başlayır

“Konstra” MTK-nin direktor vəzifəsində işləyərkən mənzilləri ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə edilmiş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirən Dilafir Rəsulovun və bu işdə ittiham olunan daha iki iş adamı - Bəsrət Abbaslı ilə Tahir Əliyevin məhkəməsi başlayır.

“Kriminalqafqaz”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Zeynal Ağayev sədrlik edəcək.

Məlumat üçün bildirək ki, Bəsrət Abbaslı “Konstra” MTK-nin rəhbəridir. O, həm də Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin sabiq müdiri Bəhram Abbaslının oğludur. 

Cinayət Məcəlləsinin 177-189 - 178.4-cü maddələri ilə ittiham olunan üç iş adamı ilə bağlı keçiriləcək məhkəməyə 120-dən çox zərərçəkən müraciət edib.

Qeyd edək ki, Dilafir Rəsulov cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarışa verilmişdi. O, ötən ilin iyulunda Rusiyanın Tula şəhərində tutularaq ölkəmizə gətirilib.

Bəsrət Abbaslının isə ölkədən çıxışına qadağa qoyulmuşdu. Buna isə “Konstra” MTK-nin dövlət büdcəsinə 73 min manat vergi borcu olması səbəb göstərilirdi.

Emin Səfərov


Digər xəbərlər