Tanınmış film istehsalçısı Müşviq Şahverdiyevi məhkəməyə verdi

12.01.2023 | 10:11 Oxunma sayı: 451
Tanınmış film istehsalçısı Müşviq Şahverdiyevi məhkəməyə verdi

Tanınmış film istehsalçısı “Cinemazadeh” aktyor Müşviq Şahverdiyevi məhkəməyə verib.

“Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, tərəflər arasında müqavilə öhdəlikləri ilə bağlı problem yaşanıb. Şirkətin qaldırdığı iddiaya görə,  məşhur aktyor “Cinemzadeh”lə film çəkilişləri ilə bağladığı müqavilənin öhdəliklərini yerinə yetirməyib. Belə ki, aktyor tərəfindən şirkətin film layihəsində iştirak etməsi ilə bağlı müqavilə imzalanıb. Lakin aktyor çəkilişdə iştirak etməkdən imtina edib. Buna görə də şirkət Müşviq Şahverdiyevdən təzminat tələb edir.

İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılır.

Qeyd edək ki, M.Şahverdiyev daha əvvəl “Cinemzadeh”in “Ofis işi”, “Kəklikotu” kimi layihələrində yer alıb.

Amin Nəzərli


Digər xəbərlər