Taleh Bağırzadə aclıq aksiyasını dayandırdı

23.06.2022 | 17:31 Oxunma sayı: 190
Taleh Bağırzadə aclıq aksiyasını dayandırdı

Həbsdə olan Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə aclıq aksiyasını dayandırıb.

Bu barədə "Kriminalqafqaz"a onun ailə üzvləri məlumat veriblər.

Qeyd edək ki, T.Bağırzadə 20 gün idi ki, cəza çəkdiyi Qobustan həbsxanasında aclıq askiyası keçirirdi.

Qeyd edək ki, sosial şəbəkələrdə Nardaran hadisələri ilə bağlı həbs edilmiş Taleh Bağırzadənin aclıq aksiyasına başladığı və buna səbəb kimi polislərin dini təhqir etdiyi iddiaları yayılıb. Daxili İşlər Nazirliyi (DİN) məsələ ilə bağlı açıqlama yayaraq polisin dini təhqir etməsi barədə yayılanlar şaiyə olduğunu bildirib. 

Penitensiar Xidmətdən mövzuya hər hansı münbasibət bildirilməyib.

Xatırladaq ki, Hacı Taleh 2015-ci ildə Nardaranda DİN-in keçirdiyi əməliyyat zamanı həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 20 il müddətə azadlıqdan məhrum edilib.


Digər xəbərlər