Şüvəlanda hərbi silah-sursat aşkar edildi

14.01.2022 | 15:47 Oxunma sayı: 96
Şüvəlanda hərbi silah-sursat aşkar edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xəzər rayonu, Şüvəlan qəsəbəsində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Mətbuat xidmətindən “Kriminalqafqaz”a verilən məlumata görə, hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 1 ədəd RQO əl qumbarası, 1 ədəd UZRQM-2 partladıcısı, 102 ədəd müxtəlif çaplı patron və 1 ədəd istifadəyə yararsız avtomat darağı olduğu müəyyən edilib.

Sursatlar zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.




Digər xəbərlər