Sumqayıtda gənc dənizdə batıb

24.06.2022 | 17:25 Oxunma sayı: 328
Sumqayıtda gənc dənizdə batıb

Sumqayıtda gənc dənizdə batıb.

"Kriminalqafqaz" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki, FHN-in "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 2003-cü il təvəllüdlü Bəylərov Eldar Qoşqar oğlunun batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.


Digər xəbərlər