Sumqayıtda 25 yaşlı qız qətlə yetirildi

13.05.2022 | 10:08 Oxunma sayı: 391
Sumqayıtda 25 yaşlı qız qətlə yetirildi

Sumqayıtda 25 yaşlı qadın tanışı tərəfindən boğularaq öldürülüb.

Sumqayıt Şəhər Prokurorluğundan "Kriminalqafqaz"a verilən məlumata görə, mayın 12-də 1997-ci il təvəllüdlü Ayşən Bayramovanın mayın 8-də şəhərin 17-ci mikrorayonda kirayə yaşadığı mənzildə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1994-cü il təvəllüdlü Xalid Əmənovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Ayşən Bayramovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xalid Əmənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, mətbuatda Ayşən Bayramovanın atası tərəfindən öldürüldüyü barədə məlumat yayılmışdı.


Digər xəbərlər