Şirvanda əməliyyat - Evdən külli miqdarda heroin aşkarlandı

22.06.2022 | 17:05 Oxunma sayı: 94
Şirvanda əməliyyat

Şirvanda polis əməliyyat keçirilib, saxlanılan şəxsin evindən külli miqdarda heroin aşkarlanıb.

DİN-in Mətbuat xidmətindən "Kriminalqafqaz"a verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Alim Əkbərov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı bir büküm narkotik maddə olan heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı isə oradan təmiz çəkisi 1 kiloqrama yaxın olan heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər