“Sirena Motors”dan kirayələdiyi maşının pulunu vermədiyi üçün döydülər

06.12.2021 | 14:31 Oxunma sayı: 1681
“Sirena Motors”dan kirayələdiyi maşının pulunu vermədiyi üçün döydülər

Şabranda bir nəfər naməlum şəxslər tərəfindən döyülüb və maşını qaçırılıb.

“Kriminalqafqaz” xəbər verir ki, hadisə rayonun “Taxta körpü” adlanan ərazidə baş verib. Belə ki, naməlum şəxslər tərəfindən döyülən şəhər sakini Əziz Əmirov RPŞ-yə müraciət edərək bildirib ki, “Changan” markalı 90PH487 nömrəli avtomobili də qaçırılıb.

Avtomobil saxlanılıb, onu idarə edən 27 yaşlı Bahərəddin Məcidov RPŞ-yə gətirilib. Onunla birlikdə hadisəni törətməkdə şübhəli bilinən qardaşı Cəlaləddin və Atobba adlı şəxslərin də gətirilməsi istiqamətində işlər görülür.

Araşdırmalar zamanı müəyyən olunub ki, Ə.Əmirov avtomobili “Sirena Motors” MMC-dən kirayə götürüb və pulunu ödəmədiyinə görə B. Məcidov ilə aralarında münaqişə yaranıb.

Lamiyə Məmmədova


Digər xəbərlər