Sentyabrda sərhəddə 1 milyonluq qaçaqmal saxlanılıb

01.10.2022 | 14:31 Oxunma sayı: 166
Sentyabrda sərhəddə 1 milyonluq qaçaqmal saxlanılıb

2022-ci ilin sentyabrında dövlət sərhədini pоzduqlarına görə 55 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən "Kriminalqafqaz"a verilən məlumata görə, оnların 34 nəfəri Azərbaycan, qalanları xarici ölkə vətəndaşları оl­ublar. Saxtalaşdırılmış pasport, Şengen vizaları və tarix möhürləri ilə 30 nəfər sərhədi keçməyə cəhd göstərərkən saxlanılıb. 

Hüquq-mühafizə оrqanları tərəfindən axta­rışda оlan 234 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olan 420 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 24 nəfərin Respublikaya daxil olmasının qarşısı alınıb.

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 39 kq 036 qram narkоtik vasitə, 759 ədəd psixotrob həblər aşkarlanaraq götürül­üb.

Ümumi dəyəri 937 min 318 manat оlan qaçaqmal, о cümlədən spirtli içki və tütün məmulatları saxlanılıb.


Digər xəbərlər