Şəmkirdə avtoxuliqanlar saxlanıldı

25.10.2021 | 10:20 Oxunma sayı: 62
Şəmkirdə avtoxuliqanlar saxlanıldı

Şəmkirdə avtoxuliqanlıq edən şəxslər həbs edilib.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan “Kriminalqafqaz”a verilən məlumata görə, oktyabrın 20-də axşam saatlarında Şəmkir rayon İrmaşlı kənd sakini Vasif Mirzəoğlu dostu və həmkəndlisi Sənan Tağıyevə məxsus “VAZ” markalı avtomobil ilə, toy mərasimində spirtli içki qəbul etdikdən sonra rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozub və bununla da vətəndaşların haqlı narazılığına səbəb olub.

Sürücülük hüququ olmadan avtombil idarə edən sürücü saxlanılan zaman o, avtomobildə olan digər sərnişinlər-Elmar Adıgözəlov, Sənan Tağıyev və Qismət Hüseynov sərxoş halda polisin qanuni tələblərinə tabe olmayaraq, nalayiq ifadələr işlədərək ictimai xuliqanlıq ediblər.

Saxlanılaraq Polis Şöbəsinə gətirilən şəxslər barəsində İnzibatə Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə V. Mirzəoğlu 25, E. Adıgözəlov 3, S. Tağıyev və Q. Hüseynov 15 sutka müddətinə inzibati qaydada həbs edilib.


Digər xəbərlər