Şəmkirdə 41 yaşlı kişi bıçaqlandı

21.05.2022 | 09:21 Oxunma sayı: 86
Şəmkirdə 41 yaşlı kişi bıçaqlandı

Şəmkirdə bıçaqlanma olub.

“Kriminalqafqaz”ın xəbərinə görə, rayonun Posanlı kənd sakini, 1981-ci il təvəllüdlü Qurban Abbasov “Dördyol” adlanan ərazidə naməlum şəraitdə bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

41 yaşlı kişinin kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli


Digər xəbərlər