Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat xidmətindən "Kriminalqafqaz"a verilən məlumata görə, sentyabrın 21-də saat 22 radələrində Salyan rayonunun Ərəbqardaşbəyli kəndi ərazisində rayon sakini Cahid Abbasov idarə etdiyi “Renault” markalı avtomobili aşırıb. Nəticədə o, hadisə yerində ölüb, sərnişini olan qardaşı isə xəstəxanaya yerləşdirilib.
Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.