Şadlıq evindən oğurluq edən şəxs saxlanıldı

08.12.2021 | 09:15 Oxunma sayı: 72
Şadlıq evindən oğurluq edən şəxs saxlanıldı

Oğuz rayonu Qumlaq kəndində yerləşən “Ülvi” şadlıq sarayından oğurluq edilib. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan televizor, nasos, enerji və spirtli içkiləri, eləcə də kassada olan pulu oğurlayıb.

DİN-in Mətbuat Xidmətindən “Kriminalqafqaz”a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxsin Şirvanlı kənd sakini, əvvəllər də məhkum olunmuş Rəhman Hümbətov olduğu müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib. R.Hümbətov hadisə zamanı sərxoş olduğunu bildirib və oğurladığı əşyaları yaşadığı ünvanda gizlətdiyini, pulu isə xərclədiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər