Şabranda narkotacir saxlanılıb - Foto

21.05.2022 | 15:39 Oxunma sayı: 86
Şabranda narkotacir saxlanılıb

Şabran rayonunun Sincanboyad kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən Elvin Nurullayev saxlanılıb.

DİN-in Mətbuat xidmətindən "Kriminalqafqaz"a verilən məlumata görə, həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman onun qanunsuz olaraq aqrotexniki qaydada əkib yetişdirdiyi xeyli sayda çətənə (kannabis) bitkisi, marixuana və külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.



Digər xəbərlər