Rusiyadan Bakıya dəvət etdiyi sevgilisinin azyaşlı qızına təcavüz etdi

26.11.2021 | 19:54 Oxunma sayı: 2237
Rusiyadan Bakıya dəvət etdiyi sevgilisinin azyaşlı qızına təcavüz etdi

Rusiyada tanış olduğu qadını Bakıya dəvət edən, sonra onu aldadaraq geri göndərib 14 yaşlı qızını bağlı qapı arxasında saxlayaraq mütəmadi zorlayan şəxsə cəza verilib.

“Kriminalqafqaz” məhkəmə materiallarına istinadən xəbər verir ki, təqsirləndirilən şəxs Süleyman Mehmanov (ad və soyad şərtidir) əvvəllər qeyri-rəsmi nikahda olduğu Rusiya vətəndaşı Svetlananı (ad şərtidir) ailə quracağı vədi ilə aldadaraq pulunu mənimsəyib.

Daha sonra ona hədə-qorxu gələrək yetkinlik yaşına çatmayan qızına təcavüz edib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Süleyman Svetlananı onunla evlənəcəyinə inandıraraq Bakı şəhərinə dəvət edib. Qadın 14 yaşlı qızını və 1 yaşlı oğlunu götürərək 2017-ci ildə Azərbaycana gəlib. Süleyman onları kirayə götürdüyü evə gətirib. Daha sonra o, Svetlanaya bildirib ki, Moskva şəhərində guya ona məxsus böyük məbləğdə qiymətli kağızlar var. Svetlananı həmin qiymətli kağızları götürmək üçün Moskva şəhərinə gedəcəyi təqdirdə hava limanında tanışları tərəfindən qarşılanacağını və qısa müddətdə geri qayıdacağına inandırıb. 

Svetlananı 2017-ci ildə tək hava limanından Moskvaya yola saldıqdan sonra yaşadığı mənzilə qayıdıb. Svetlananın yetkinlik yaşına çatmayan və köməksiz vəziyyətdə olan qızını zorlayaraq onunla təbii yolla cinsi əlaqədə olub. Bundan sonra Süleyman qıza anasını heç vaxt görməyəcəyi, eləcə də bir yaşlı qardaşını öldürüb, bu cinayətdə onu günahlandıracağı ilə hədələyib. Qızın köməksiz vəziyyətindən istifadə edib dəfələrlə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub. Törətdiyi cinayəti ört-basdır etdirmək üçün uşaqların hər ikisini yaşadığı mənzildə bağlı qapı arxasında saxlayaraq azadlıqdan məhrum edib.

Həmin ərəfədə Svetlana Moskva şəhərində qarşılanmadığını və pulsuz qaldığını gördükdə Süleymana zəng edib. Süleyman qadına uşaqlarına qarşı zor tətbiq edəcəyi ilə hədə-qorxu gəlib və ondan tələb edib ki, Rusiyada işə düzəlib qazanmaqla və ya borc götürməklə xeyli miqdarda pul göndərsin. Bundan sonra Svetlana ona 3588 manat göndərib. Süleyman daha sonra Svetlanadan 5980 manat tələb edib.

Amma həmin ərəfədə Svetlananın qızı imkan taparaq internet vasitəsilə rəfiqəsinə zorlandığını və evdə bağlı qapı arxasında saxlanıldığını deyib. Bundan sonra Svetlana Bakıya gələrək polisə müraciət edib. Polis əməkdaşları Fövqalədə Hallar Nazirliyinin mütəxəssisləri ilə birlikdə uşaqların saxlanıldığı mənzilin qapısını sındırıb içəri daxil olublar.

Barəsində cinayət işi başlanılan Süleyman Mehmanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 13 il müddətinə azadlıqdan məhrum edilib. S.Mehmanovun apellyasiya və kassasiya şikayətləri də təmin edilməyib və onun cəza müddəti dəyişdirilmədən saxlanılıb.

Lamiyə Məmmədova


Digər xəbərlər