Rusiyadan ailəsinin yanına qayıtdığı gün maşın vurub öldürdü

26.11.2021 | 09:05 Oxunma sayı: 76
Rusiyadan ailəsinin yanına qayıtdığı gün maşın vurub öldürdü

Biləsuvar rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Kriminalqafqaz”ın məlumatına görə, hadisə ötən axşam rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Bakıdan gəldiyi avtomobildən yol ayrıcında düşən rayonun Nəsimi kənd sakini, 1975-ci il təvəllüdlü Bağışov Rafət Abiddin oğlunu maşın vurub.

Xəsərət alan şəxs xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, 5 ay öncə Rusiyaya işləməyə gedən R.Baxışov ötən gün ailəsinin yanına qayıdırmış.

Surxay Şahbazov


Digər xəbərlər