Rövşən Əkbərov vəkilindən imtina etdi

16.11.2021 | 12:01 Oxunma sayı: 2158
Rövşən Əkbərov vəkilindən imtina etdi

10 il müddətinə azadlıqdan məhrum edilən Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov vəkilindən imtina edib.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, sabiq birlik komandirinin müdafiəçiləri apellyasiya şikayətini hazırlasa da, R.Əkbərov özü şikayətə əlavələr etmək istəyib.

Daha sonra general-leytenant Bakı Hərbi Məhkəməsində onun hüquqlarını müdafiə etmiş vəkili Rüstəm Zülfüqarovla yeni müqavilə bağlamayıb.

Qeyd edək ki, Rövşən Əkbərov 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilir.

Amin Nəzərli


Digər xəbərlər