“Riyad” Şirkətlər Qrupunun rəhbəri həbs edildi

14.10.2021 | 13:42 Oxunma sayı: 2949
“Riyad” Şirkətlər Qrupunun rəhbəri həbs edildi

“Riyad” Şirkətlər Qrupunun rəhbər şəxslərindən biri İlham Məmmədov həbs edilib.

“Kriminalqafqaz” xəbər verir ki, İ.Məmmədov Cinayət Məcəlləsinin 296-cı maddəsi (bilə-bilə yalan xəbərçilik etmə) ilə təqsirli bilinirərək saxlanılıb. 

Səbail Rayon Məhkəməsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Hakim İlkin Rüstəmli təqdimatı təmin edib və İ. Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Şirkətlər Qrupuna “Riyad” Ticarət Mərkəzi, “Riyad” Mühafizə xidməti, “Azinteroil” MMC və digər şirkətlər daxildir.

Amin Nəzərli


Digər xəbərlər