Rəşad Dağlının dostunu güllələyənə 13 il həbs cəzası verildi - Kriminal hesablaşma

13.10.2021 | 17:32 Oxunma sayı: 908
Rəşad Dağlının dostunu güllələyənə 13 il həbs cəzası verildi

İki il əvvəl Bakıda baş verən atışmaya görə həbs edilən Tural Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Kriminalqafqaz” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Nağıyevə 13 il 6 ay azadlıqdan məhrum etmə cəzası verilib.

Qeyd edək ki, Tural Nağıyev Yasamalda kriminal aləmə yaxınlığı ilə bilinən Zülfü Muradovu və İlkin Bağıyevi avtomobildə güllələmiş, hər iki şəxs ağır yaralanmışdı. Hadisənin kriminal hesablaşma zəminində törədildiyi bildirilirdi.

Xatırladaq ki, güllələnən Zülfü Muradov tanınmış meyxanaçı Rəşad Dağlının dostu olub. Z.Muradov xəstəxanadan çıxandan sonra həbs edilib. O, narkotik vasitə əldə etmə və satma ittihamı ilə 6 il həbs cəzası alıb.

Amin Nəzərli


Digər xəbərlər