Rəfiqəsini videosunu yaymaqla şantaj edən qadın 19 min tələb etdi

27.01.2022 | 14:24 Oxunma sayı: 280
Rəfiqəsini videosunu yaymaqla şantaj edən qadın 19 min tələb etdi

Bakıda qadın tanışı tərəfindən şantaj olunub.

“Kriminalqafqaz” xəbər verir ki, paytaxt sakini 22 yaşlı Səbinə Əliyeva (ad və soyad şərtidir) Nərimanov rayon prokurorluğuna müraciət edərək ötən ilin avqust aynın 16-da tanışı 25 yaşlı Yeganə Muradova (ad və soyad şərtidir) tərəfindən şantaş olunduğunu bildirib.

Belə ki, onlar həmin tarixdə Ə.Rəcəbli küçəsində yerləşən oteldə görüşüblər. Yeganə Muradova Səbinə Əliyevanın videogörüntülərini ailə üzvlərinə göndərəcəyini deyərək hədələyib və ondan 19000 manat pul tələb edib.

RPİ tərəfindən ilkin əməliyyat-axtarış tədbirləri aparılır.


Digər xəbərlər