Rafiq Əliyevin 100 minə yaxın vergi borcu yaranıb

30.11.2022 | 11:32 Oxunma sayı: 1312
Rafiq Əliyevin 100 minə yaxın vergi borcu yaranıb

"İrşad" İslam Araşdırmaları Mərkəzi barəsində məhkəmə iddiası qaldırılıb.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, iddia Dövlət Vergi Xidməti tərəfindən Bakı Kommersiya Məhkəməsinə göndərilib. Məlum olub ki, şirkətin ödənilməmiş 95 min manat vergi borcu var. İşə Bakı Kommersiya Məhkməsində hakim Emin Əliyevin sədrliyi ilə baxılıb və məhkəmə mübahisəsi olmadığı üçün iş geri göndərilib. 

Qeyd edək ki, "İrşad" İslam Araşdırmaları mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyevdir. R.Əliyev vaxtilə biznesmen, otel sahibi kimi də tanınıb.


Digər xəbərlər