Qubada narkotik dövriyyəsi ilə bağlı 9 nəfər tutulub - Video

01.10.2022 | 16:20 Oxunma sayı: 203
Qubada narkotik dövriyyəsi ilə bağlı 9 nəfər tutulub

Qubada qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyatlar zamanı 9 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Kriminalqafqaz"a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakinləri  Nazim Əzizov, Təyyar Mirzəyev, Elçin Əliyev və Xaçmaz rayon sakini Mehdi Bayramov  saxlanılıblar. Həmin şəxslərin üzərlərinə və yaşadıqları evlərə  baxış keçirilən zaman ümumi çəkisi 2 kiloqrama yaxın narkotik vasitə olan marixuana   aşkar olunaraq götürülüb.

Əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Cəmil Abdullayev, Ruslan Əliyev,  Bilal Muradov, Taleh Atakişiyev, və  Firdovsi Şirinov  saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan marixuana, heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Bütün faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb.


Digər xəbərlər