Qonşu qadını öpən kişi həbs edildi

22.06.2022 | 17:51 Oxunma sayı: 688
Qonşu qadını öpən kişi həbs edildi

Gəncədə qonşu qadını öpən kişi həbs edilib.

“Kriminalqafqaz”ın məlumatına görə, ötən həftə şəhər sakini Fuad Dəmirov (şərti) yaşadığı hərbi şəhərcikdə qonşusu ilə mübahisə edib.

Belə ki, o, F.Dəmirov mütəmadi olaraq spirtli içki qəbul edərək həyətdə səs-küy salmağa başlayıb. Daha sonra həyat yoldaşı vəfat etmiş qonşusuna bildirib ki, onun yaşadığı evin zirzəmisini zəbt edəcək. Qonşu qadın buna etiraz etdikdə Fuad onu qucaqlayaraq üzündən öpüb. Bu zaman qadın kişini itələyib və aralarında mübahisə yaranıb. Hadisə yerinə polis çağırılıb. Lakin sərxoş sakin polisləri də təhqir edərək onların tələblərinə tabe olmayıb.

İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə F.Dəmirova protokol tərtib olunub və baxılması üçün Kəpəz Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.Dəmirov 10 gün inzibati qaydada həbs edilib.


Digər xəbərlər