Qobustanda evdən 15 min manatlıq qızıl oğurlanıb

12.01.2023 | 12:24 Oxunma sayı: 126
Qobustanda evdən 15 min manatlıq qızıl oğurlanıb

Qobustanda evdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Kriminalqafqaz"a verilən xəbərə görə, Qobustan rayonunun Təklə kəndindəki evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Qobustan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən ev sahibinin qohumu Burcalı Hacıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər