Qızı boşandığı üçün özünü asdı

28.01.2022 | 11:02 Oxunma sayı: 260
Qızı boşandığı üçün özünü asdı

Lənkəran rayonunda intihar hadisəsi baş verib.

“Kriminalqafqaz” xəbər verir ki, hadisə dünən rayonun Vilvan kəndində qeydə alınıb.

Daha öncə psixoloji problemlərinə görə müalicə olunan kənd sakini, 1962-ci il təvəllüdlü Lələyev İdman Şaban oğlu yaşadığı evin həyətində yerləşən istixanada özünü asıb.

İlkin məlumata görə, qızının bir müddət öncə boşanmasından sonra İ.Lələyevin yenidən əsəbləri pozulub və bu hadisəni qəbul edə bilməyib.

Hazırda rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər