Qətl baş verən “Beerlin Pub”ın sahibi “Cinema klublar kralı” imiş - Fotolar

01.09.2021 | 18:32 Oxunma sayı: 3381
Qətl baş verən “Beerlin Pub”ın sahibi “Cinema klublar kralı” imiş

Bir neçə gün öncə qətl törədilən “Beerlin Pub”ın sahibinin kimliyi məlum olub.

“Kriminalqafqaz”a daxil olan məlumata görə, son günlər müzakirə obyektinə çevrilən məşhur “pub”ın sahibi iş adamı Ceyhun Həsənovdur.

Məlumatlara görə, hadisə baş verən “Beerlin Pub” Ramil adlı şəxsin adına sənədləşdirilib. Qətl hadisəsindən sonra həmin şəxsin də saxlanıldığı, bir neçə saat öncə sərbəst buraxıldığı bildirilir.

Onun atası vaxtilə polis sistemində çalışıb və vəfat edib. C.Həsənov hələ yeniyetmə yaşlarından pub-restoran sahəsində fəaliyyət göstərən şəxs olub. Onların ailələrinin böyük restoran şəbəkəsi var.

Belə ki, Ceyhunun qayınanası Nərgiz xanımın da ayrıca restoran şəbəkəsi olması haqda məlumatlar var. “My dom u Nargiz” restoranı da həmin şəbəkəyə daxildir. Onların sahib olduğu restoranlar Bakının ən məşhur və elit iaşə obyektlərindən biri olub. “2 Beer Baku”, “Yaşıl vadi” adlı məşhur obyektlər də C.Həsənova məxsusdur.

Ceyhun Həsənov həm də Bakıda “Cinema klublar kralı” kimi tanınır. Məlumatlara görə, Ceyhun Həsənov hərbi xidmətdən də yayınıb.

Ceyhun Həsənovun son model lüks avtomobili ilə fotolarını da təqdim edirik.

Qeyd edək ki, avqustun 29-da axşam saatlarında “Beerlin Pub” kafesində tanınmış məşqçi və həmin obyektin mühafizəçisi Orxan Şahbazov müştəri Vüqar Mustafayevi döyərək öldürüb. Vüqar Mustafayev Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib. 

Müştərinin öldürüldüyü “Berlin Pub”da tez-tez dava olurmuş - Video









Digər xəbərlər