Qanuni oğru Kamçı Asanbek saxlanılıb - Fotolar

21.11.2022 | 13:28 Oxunma sayı: 1678
Qanuni oğru Kamçı Asanbek saxlanılıb

 “Kamçı Asanbek” ləqəbi ilə tanınan qanuni oğru Kamçı Kolbayev və onu müşayiət edən şəxslər saxlanılıb.

“Kriminalqafqaz” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik Dövlət Komitəsi məlumat yayıb.İdarənin mətbuat xidmətindən verilən məlumata görə, onun yaxın adamları 10 nəfər təşkil edir.

Yoxlama zamanı sonuncuların Qırğızıstan Respublikasının dövlət orqanlarının müvafiq icazəsi olmadan sərhədyanı ərazidə olduqları müəyyən edilib. Bununla bağlı K.Asanbek və onu müşayiət edən şəxslərə qarşı inzibati həbs haqqında müvafiq protokollar tərtib edilib, axtarışlar nəticəsində 8 ədəd odlu silah (4 ədəd “Saiga” karabini və 4 ədəd PM və “Glock” markalı tapançalar) aşkar edilib.

Belə ki, onlara Cinayət Məcəlləsinin 429-cu maddəsi (Dövlət sərhədi rejiminin, sərhəd rejiminin və Qırğızıstan Respublikasının Dövlət Sərhədindən keçən buraxılış məntəqələrində rejimin pozulması) ilə cinayət işi açılıb. 

Hazırda müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 



Digər xəbərlər