“Qanuni oğru” David Gerliani Misirdən Rusiyaya ekstradisiya edilib - Foto

20.05.2022 | 17:49 Oxunma sayı: 485
“Qanuni oğru” David Gerliani Misirdən Rusiyaya ekstradisiya edilib

Misir cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaqda ittiham olunan Gürcüstan vətəndaşı David Gerlianini Rusiyaya ekstradisiya edib.

“Kriminalqafqaz” Rusiya mətbuatına istinadən məlumat verir ki, bu gün Gürcüstan vətəndaşı David Gerliani Rusiya Daxili İşlər Nazirliyinin və Rusiya Federal Penitensiar Xidmətinin əməkdaşlarının müşayiəti ilə Qahirədən ekstradisiya edilib. O, 163-cü maddənin 3-cü (hədə-qorxu ilə tələb etmə), Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci maddəsinin 1-ci hissəsi (cinayət iyerarxiyasında ən yüksək vəzifə tutmaq) cinayətlərini törətməkdə ittiham olunur.

Daxili İşlər Nazirliyinin məlumatına görə, o, 2014-cü ildən indiyədək müttəhim cinayətkar lider olub.

Bundan əlavə, Gerliani 2020-ci ildə cinayətkar qrup yaradıb və ona rəhbərlik edib. Cinayətin ortaqlarından biri tələb olunan vəsaitin bir hissəsini ona keçirərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

2021-ci ilin aprelində Gerlianiyə qarşı qiyabi ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib. Həmin ilin iyununda o, Böyükşəhər Polis İdarəsinin tələbi ilə beynəlxalq axtarışa verilib.

Bu ilin martında müttəhim Misirdə saxlanılıb. Bu gün isə Rusiyaya çatdırılıb. 

 



Digər xəbərlər