Bakıda qadın “Azərsu”yun işçisini süpürgə ilə döyüb.
“Kriminalqafqaz” xəbər verir ki, hadisə yanvarın 27-si saat 16 radələrində Nəsimi rayonunda baş verib.
20 Yanvar küçəsində yerləşən mənzillərdən birinə yaxınlaşan “Azərsu” ASC-nin nəzarətçisi, 1997-ci il təvəllüdlü Murad Mədinov döyülüb. Naməlum qadın xuliqanlıq zəminində onun başından süpürgə ilə vuraraq xəsarət yetirib.
Hadisə ilə bağlı Nəsimi RPİ-də araşdırma aparılır.